Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədovun həyat yoldaşı Asya Əhmədova Bakıda özəl klinikanın direktoru kimi fəaliyyətə başlayıb.
BUTA.TV-ın Unikal.az-a istinadən məlumatına görə, Asya Əhmədova Binəqədi rayonunda yerləşən özəl, nizamnamə kapitalı 700 min 100 azn olan “Megapol Sağlamlıq Mərkəzi” MMC-nin direktoru və qanuni təmsilçisidir.
Qeyd edək ki, buna qədər adıçəkilən klinikanın direktoru və baş həkimi Əli Əhmədovun oğlu Fikrət Əhmədov idi. Daha sonra o, dövlət tibb müəssisəsində vəzifəyə təyin edildiyi üçün özəl klinikasındakı işindən ayrılıb. F.Əhmədov hazırda Respublika Kliniki Uroloji Xəstəxanasının baş həkimi vəzifəsində çalışır.
- Kəmaləddin Heydərov Matuş Şutoy-Eştok ilə görüşdü
- Əli Əhmədovun həyat yoldaşı bu klinikanın direktoru oldu
- Bakıda bu ərazilərdə yol təmiri başa çatdı
- TRT-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin edildi
- Trabzon-Bakı reysi ləğv olundu
- 22 yaşlı Rəşad müharibədə həlak oldu
- Tuqay Hüseynov Azərbaycana ekstradasiya olundu
- Azərbaycan bu şəxsi Türkmənistana təhvil verdi