KATV kabel televiziyası və internet xidməti Bakının Gəncə prospekti ərazisində abunəçilərinə xidməti dayandırıb.
Axar.a xəbər verir ki, ötən gün axşam saatlarından dayandırılan xidmət abunəçilərə “texniki nasaslıq” kimi təqdim edilib və qısa müddətdə aradan qaldırılacağı bildirilib. Lakin internetin verilməsi təmin edilməyib.
Bu gün isə şirkətdən qeyd ediblər ki, ərazidə qısaqapanma baş verib və kabellər sıradan çıxıb. KATV əməkdaşları xidmət dayandırılandan yalnız 12 saat sonra problemi aradan qaldırmaq üçün “yanğın yerinə” gəliblər.
Şirkət internetin nə vaxt bərpa olunacağını da bilmir.
Qeyd edək ki, KATV Bakıda kabel və internet xidməti həyata keçirir. Bir aylıq abunə isə 28 manatdan (10 manat kabel televiziyası, 18 manat internet) başlayır. Vaxtaşırı olaraq abunəçilərinin internet sürətindən narazılıq etdiyi əsas provayderlərdən biridir.
- Sakinlər mərasim evindən narazıdır - Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir
- Qarabağ Universitetində ikili diplom proqramına start verilir
- Qusarda çətənə kolları yetişdirən şəxs saxlanıldı
- İlham Əliyev Ərdoğana başsağlığı verdi
- Onun Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə edildi
- Ər-arvadın qəzada ölməsi faktı ilə bağlı cinayət işi başladı
- Dənizdə boğulmalar artdı: səbəb qumun daşınmasıdır?
- 31 ton dizel olan avtomobildə yanğının qarşısı alındı