Xankəndi və Kəlbəcərdə xeyli silah-sursat tapıldı

11:44 - 8 İyun 2024 - GÜNDƏM

 Xankəndi və Kəlbəcərdə xeyli silah-sursat tapıldı

Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icrasını davam etdirirlər.

DİN-dən BUTA.TV-a verilən məlumata görə, həyata keçirilən tədbirlərlə 1-7 iyun tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 15 avtomat silahı, 3 pulemyot, 2 tapança, 10 tüfəng, 16 qumbara, 3 qumbara atan, 1 mina atan, 20 alışdırıcı, 2 trotil, 90 patron darağı, 2505 ədəd müxtəlif çaplı patron, 10 ədəd süngü-bıçaq, 1 gecəgörmə cihazı və digər sursatlar, Kəlbəcər rayonu ərazisindən isə 1 ədəd qumbara, 2 alışdırıcı, 1 ədəd patron darağı, 1 süngü-bıçaq və 2 rabitə vasitəsi aşkar olunaraq götürülüb.

Polis əməkdaşları tərəfindən Xocalı şəhəri ərazisində yabanı halda bitmiş, 237 kiloqram çəkidə 423 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol