Azərbaycan Prezidenti İlham Əliyevin səfəri ikitərəfli əlaqələri gücləndirəcək.
BUTA.TV xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi Prezident İlham Əliyevlə birgə mətbuat konfransında deyib.
O, həmçinin Azərbaycanı COP29-a sədrliyi münasibətilə təbrik edib.
Əbdülfəttah əs-Sisi vurğulayıb ki, onunla Azərbaycan Prezidenti İlham Əliyev arasında aparılan danışıqlar iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın dərinləşməsinə xidmət edəcək.
Onun sözlərinə görə, müzakirələr zamanı regional məsələlərə diqqət yetirilib: “Qəzzaya humanitar yardımın genişləndirilməsi məsələləri də müzakirə olunub”.
- Qusarda çətənə kolları yetişdirən şəxs saxlanıldı
- İlham Əliyev Ərdoğana başsağlığı verdi
- Onun Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə edildi
- Ər-arvadın qəzada ölməsi faktı ilə bağlı cinayət işi başladı
- Dənizdə boğulmalar artdı: səbəb qumun daşınmasıdır?
- 31 ton dizel olan avtomobildə yanğının qarşısı alındı
- Yanacaq daşıyan “Mercedes”də yanğın - Video
- Qadınlar taxta çıxa bilməz, yalnız 3 kişi varis var - Ən qədim imperiyada böhran - Fotolar