Yeni qanun: Azərbaycanda pensiyaya çıxmaq asanlaşacaq

14:10 - 8 İyun 2024 - GÜNDƏM

 Yeni qanun: Azərbaycanda pensiyaya çıxmaq asanlaşacaq

"Əmək pensiyaları haqqında" qanuna edilən dəyişikliyə əsasən, vətəndaşlarımızın bir neçə pensiya hüququ yaranacaq.

BUTA.TV xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, vətəndaşların xüsusi pensiya hüququ, sosial kapitala görə yaranır.

"Belə olan halda onların pensiyası pro-aktiv olaraq müəyyən olunacaq, yəni elektron məlumatlar üzərindən müəyyənləşdiriləcək.

Bu xəbər hal-hazırda çox oxunur
Kreml Bakı və İrəvandan bunu gözləyir

Qanuna dəyişikliyin ikinci mühüm əhəmiyyəti ondan ibarətdir ki, prosedurlar azalır, elektronlaşma artır. Bu da imkan verəcək ki, həm pensiya təyinatında şəffaflığı artırmaq mümkün olsun, həm də elektron prosedurlara əməl olunduğu üçün daha qısa zamanda vətəndaşın pensiya təminatı həyata keçirilsin. Yəni pensiya təyinatı üçün tələb olunan günlər və xərclər azalacaq. Vətəndaşlarımızın əksəriyyəti elektron sistem üzərindən pensiya təminatı əldə edə biləcəklər", - deyə deputat əlavə edib.

Qeyd edək ki, "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində iyunun 7-də keçirilən plenar iclasında üçüncü oxunuşda qəbul edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol