Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib.
BUTA.TV məktubun mətnini təqdim edir:
"Hörmətli Vladimir Vladimiroviç.
Sizi və Sizin şəxsinizdə Rusiyanın bütün dost xalqını dövlət bayramı – Rusiya Günü münasibətilə Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Xalqlarımız arasında uzun əsrlər ərzində formalaşmış möhkəm dostluq və mehriban qonşuluq ənənələri Azərbaycan ilə Rusiyanın münasibətlərinin uğurlu və ardıcıl inkişafının etibarlı əsasıdır. Biz strateji müttəfiqlik xarakteri daşıyan Azərbaycan-Rusiya qarşılıqlı fəaliyyətinin əldə olunmuş səviyyəsini yüksək qiymətləndiririk.
Bu gün bizim ikitərəfli gündəliyimizdə əməkdaşlığın demək olar ki, bütün sahələrini əhatə edən və şübhəsiz, həyata keçirilməsinin təkcə ölkələrimizə və xalqlarımıza deyil, həm də bütövlükdə regionun rifahına xidmət edən məsələlərin geniş spektri yer alır.
Əminəm ki, Azərbaycan-Rusiya münasibətləri və dost ölkələrimizin maraqlarına cavab verən çoxplanlı qarşılıqlı fəaliyyət gələcəkdə də yüksələn xətlə səmərəli şəkildə inkişaf edəcək, yeni məzmun və birgə layihələrlə zənginləşəcək.
Hörmətli Vladimir Vladimiroviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və uğurlar, Rusiyanın bütün vətəndaşlarına isə əmin-amanlıq və tərəqqi arzulayıram".
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab
- Prezidentin işdən çıxartdığı başçı danışdı
- Prezident yeni təyin etdiyi başçını bu səbəbdən işdən çıxardıb
- Rusiyalı biznesmen Azərbaycanla bağlı yalan danışır - Rubinyan
- Kreml Ukraynanın 20%-ni qoparacaq, sonra daha 3 vilayətini...
- Bu müharibədə Azərbaycan vətəndaşlarının iştirakı cinatyətdir!