Azərbaycan Ukraynaya bu günədək 40 milyon dollarlıq yardım edib.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyada Ukrayna Bərpa Konfransında çıxışı zamanı deyib.
C.Bayramov, Azərbaycanın Ukraynaya humanitar dəstək göstərən ilk ölkələrdən biri olduğunu, bu günədək dərman, qida, elektrik generatorları və s. daxil olmaqla, ümumilikdə 40 milyon ABŞ dolları dəyərində yardım edildiyini diqqətə çatdırıb.
Bununla yanaşı, ölkəmiz tərəfindən Ukraynadakı münaqişədən əziyyət çəkən uşaqlar üçün tibbi və sosial-psixoloji reabilitasiya proqramının həyata keçirildiyi, ötən il keçirilən Bərpa Konfransından bu günədək ümumilikdə 154 uşağın bu proqramda iştirak etdiyi bildirilib.
Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
Azərbaycanın Ukraynada infrastrukturun bərpası istiqamətində layihələrə dəstək göstərdiyi, bu xüsusda İrpen şəhərindəki məktəb binasının yenidənqurma işlərinin artıq yekunlaşdığı diqqətə çatdılıb.
- İspaniya DÇ-nin finalında! - Video-Yenilənib
- Bəzi ərazilərdə işıq olmayacaq
- Estetiksiz qadın, yoxsa təbii dondurma? - Foto
- Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb
- Bu marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
- Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq
- Peter Pelleqrininin şərəfinə rəsmi nahar verildi
- “Sabah” ÇL-in ikinci təsnifat mərhələsində! - Yenilənib