"Sahil" metrosunun önündəki səkilər niyə sökülür? - Foto

14:12 - 12 İyun 2024 - GÜNDƏM

"Sahil" metrostansiyasının önündəki səkilər genişləndirilir.

BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, agentlik tərəfindən paytaxtın Bülbül prospektində piyada və mikromobillik vasitələrinin axını, eləcə də intensivliyi təhlil edilib.

Nəticələrə əsasən böyük piyada axını müşahidə edilən Sahil metrosunun qarşısında vətəndaşların rahatlığının təmin edilməsi, həmçinin axınların ayrılmasının təmin edilməsi üçün səkinin genişləndirilməsi qərara alınıb və bu istiqamətdə işlərə başlanılıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol