Ukrayna hələ NATO-nun tələblərinə cavab vermir - Smit

00:34 - 13 İyun 2024 - GÜNDƏM

 Ukrayna hələ NATO-nun tələblərinə cavab vermir - Smit

Ukrayna hələ də NATO üzvlüyünə namizəd olmaq üçün tələblərə və meyarlara cavab vermir.

BUTA.TV xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culian Smit Amerika prezidenti Co Baydenin Ukrayna ilə NATO arasında münasibətlərin perspektivləri ilə bağlı bəyanatlarını şərh edərkən deyib.

“Güman edirəm ki, prezident müsahibəsində ukraynalıların NATO-ya daxil olmaq üçün tələb olunan olan meyarlara və islahatlara cavab verməli olduğuna işarə edib”, - deyə Smit bildirib.

Eyni zamanda, Smit qeyd edib ki, NATO müttəfiqləri ukraynalılara gələcək irəliləyişlərə yardım etmək üçün həm ikitərəfli, həm NATO vasitəsilə yaxından əməkdaşlıq edirlər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol