Bakının 5 rayonunun qaz təchizatında fasilə olacaq

01:56 - 13 İyun 2024 - GÜNDƏM

 Bakının 5 rayonunun qaz təchizatında fasilə olacaq

Qaz təchizatı sistemində görüləcək təmir işləri ilə əlaqədar bu gün saat 10:00-dan etibarən Bakının Xəzər, Sabunçu, Binəqədi, Nəsimi və Yasamal rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə BUTA.TV-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Təmir-bərpa işləri aparılan müddətdə Xəzər rayonu üzrə Şağan qəsəbəsinin, Sabunçu rayonu üzrə Maştağa qəsəbəsinin Maştağa Albalılıq, Bilgəh Albalılıq yaşayış massivlərinin bir hissəsinin, Şəfai, Xanlar, Zərdabi, Mehdi Hüseyn küçələrinin, Binəqədi rayonu üzrə Süleyman Sani Axundov, İlham Hacıyev, Amay Kumanbayev, Aydınbəyov küçələrinin, Nəsimi rayonu üzrə Asif Məhərrəmov küçəsinin, Yasamal rayonu üzrə isə Zərdabi küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol