Qarabağla bağlı bütün həqiqət məhz budur - Paşinyan

12:24 - 13 İyun 2024 - GÜNDƏM

 Qarabağla bağlı bütün həqiqət məhz budur - Paşinyan

Qarabağ Azərbaycanın bir hissəsidir və Ermənistan cəmiyyətində Qarabağın öz müqəddəratını təyinetmə və statusu anlayışı yanlış başa düşülürdü.

BUTA.TV xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə deyib.

“Qarabağ Azərbaycanın bir hissəsidir, lakin erməni reallığında bütün bunlar səhv başa düşülürdü, çünki Ermənistan ictimaiyyətinin 1996-cı ildən Lissabon sənədinə çıxışı yoxdur”, - o vurğulayıb.

Onun sözlərinə görə, Ermənistanın klerikal-feodal elitası hakimiyyəti ələ keçirmək və saxlamaq üçün Ermənistan xalqını Qarabağla bağlı aldadıb və çaşdırıb:

“Qarabağla bağlı bütün həqiqət məhz budur”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol