Rusiya S-500 gətirdi, onu da məhv edəcəyik - Jmaylo

08:18 - 14 İyun 2024 - GÜNDƏM

 Rusiya S-500 gətirdi, onu da məhv edəcəyik - Jmaylo

Rusların Krımda S-500 yerləşdirməsi Ukrayna müharibəsi strategiyasının nəticə verdiyinə sübutdur.

BUTA.TV xəbər verir ki, bunu Ukraynanın Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin icraçı direktoru Dmitri Jmaylo deyib.

Ekspert bildirib ki, rusların hava hücumundan müdafiə sistemində boşluqlar var və bunu bağlamağa məcburdurlar.

Jmaylo vurğulayıb ki, Ukrayna Baş Kəşfiyyat İdarəsi düşmənin bütün hava hücumundan müdafiə sistemlərini, o cümlədən S-500-ləri məhv etmək üçün müfəssəl planlara malikdir.

Bu xəbər hal-hazırda çox oxunur
Rusiya Azərbaycanla bağlı iddianı rədd etdi

Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov Rusiya Silahlı Qüvvələrinin işğal olunmuş Krıma S-500 hava hücumundan müdafiə sistemləri yerləşdirdiyini açıqlamışdı. Bundan əvvəl isə Ukrayna Krım ərazisində S-300 və S-400-ləri məhv etdiyini bildirmişdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol