Güney azərbaycanlı ekofəal, tanınmış rejissor Məhəmməd Əlimuradi Azərbaycan mədəniyyəti və tarixi irsinə qarşı laqeydlik və düşmən münasibət sərgiləndiyini bildirib.
Kult.az xəbər verir ki, o, bu barədə özünün sosial media hesabında video yayıb.
Rejissor Azərbaycanın Dəmir dövrü sivilizasiya mərkəzlərindən biri olan və Qərbi Azərbaycan əyalətinin Tikantəpə (Tikab) ərazisində yerləşən tarixi “Suğurluq” kompleksi barədə hazırladığı qısa sənədli filmdə kompleksin acınacaqlı durumu barədə danışıb.
Əlimuradi İranda adı təhrif edilərək “Təxti Süleyman” adlandırılan kompleksin tarixinin də dəyişdirildiyini, Azərbaycan və türk kimliyinə məxsusluğunun aradan qaldırılmasına çalışıldığını deyib.
Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
O, Əhmənilərdən də əvvəlki dövrə aid olan tarixi abidənin farslaşdırılaraq Sasani sülaləsi dövrünün abidəsi və “Atəşgah” kimi qələmə verilməsinin əsassız olduğunu bildirib:
“Suğurluq kompleksində Dəmir dövrünün müqəddəs ocaqları istisna olmaqla, Atəşgah və Zərdüştdən, Sasanilər sülaləsindən əsər-əlamət yoxdur”.
Azərbaycanlı rejissor kompleksin tarixi və təyinatının saxtalaşdırılmasına etiraz edib, bunu “fars kimliyi və tarixi yaratmaq layihəsi”nin tərkib hissəsi adlandırıb:
“Fars-ari tarixi yaratmaq layihəsi çərçivəsində dilimizi və kimliyimizi öz adlarına sənədləşdirdilər, indi də tarixi abidələrimizi özününküləşdirirlər”.
Güneyli sənətçi sonda “Suğurluq” kompleksinin tarixi və təyinatı barədə mənbələrə istinadən açıqlamalar verərək, farsların kompleks barədə iddialarının əsassız olduğunu sübut edir.
- Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb
- Bu marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
- Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq
- Peter Pelleqrininin şərəfinə rəsmi nahar verildi
- “Sabah” səfərdə də qalib gəlir - Yenilənir+Canlı
- Kəmaləddin Heydərov Matuş Şutoy-Eştok ilə görüşdü
- Əli Əhmədovun həyat yoldaşı bu klinikanın direktoru oldu
- Bakıda bu ərazilərdə yol təmiri başa çatdı