“Azərişıq” gücləndirilmiş iş rejimində işləyəcək

19:32 - 15 İyun 2024 - GÜNDƏM

 “Azərişıq” gücləndirilmiş iş rejimində işləyəcək

“Azərişıq” ASC Qurban bayramında gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.

BUTA.TV xəbər verir ki, “Azərişıq” ASC Qurban bayramı günlərində istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə bütün qabaqlayıcı texniki və təşkilatı tədbirləri həyata keçirib. Cəmiyyət bayramla əlaqədar qeyri-iş günlərində də gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək. Baş verə biləcək qəzaların operativ qaydada aradan qaldırılması üçün bütün ölkə üzrə qəza xidmətləri 24 saat fəaliyyət göstərir. Yarana biləcək hər hansı bir nasazlıqda istehlakçılarımızdan dərhal “199” Çağrı Mərkəzinə və rəsmi facebook, instaqram səhifələrimizə müraciət etmələri xahiş olunur. 24 saat fasiləsiz fəaliyyət göstərən “199” Çağrı Mərkəzinə daxil olmuş təklif və şikayətlər dərhal icraya yönəldilir.

Həmçinin, abonentlər bayram günlərində elektrik enerjisindən istifadəyə görə yaranmış borcu evdən çıxmadan, azərişıq.az saytında müvafiq bölməyə daxil olmaqla ödəyə bilərlər. “Smart” sayğacdan istifadə edən istehlakçılara tövsiyə olunur ki, əvvəlcədən sayğacların balansını yoxlasınlar və öncədən balanslarını artırsınlar. İstehlakçı məmnuniyyəti əsas hədəfimizdir. Bir daha xalqımızı Qurban bayramı münasibəti ilə təbrik edirik!


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol