Lukaşenko Paşinyanı iyrənc insan adlandırdı

13:46 - 16 İyun 2024 - GÜNDƏM

 Lukaşenko Paşinyanı iyrənc insan adlandırdı

Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistan Baş naziri Nikol Paşinyanın ittihamlarına cavab verib.

BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, jurnalistlərin “Paşinyandan üzr istəmək fikrindəsinizmi” sualının qarşılığında Lukaşenko Ermənistan liderini təhqir edib.

O, Paşinyanla bağlı bəzi məqamları açıb:

“Qulaq asın, bu axı gülməlidir. O deyir ki, qoy, Lukaşenko üzr istəsin. Yaxşı, mən indi, bu dəqiqə, hər kəsin qarşısında hazıram. Üzr istəyirəm, əzizim, amma sən iyrənc insansan. Daha bir şey… Bizdə artıq yaşıl köynəkdə, daha bir şey tələb edən (Lukaşenko kimi nəzərdə tutduğunu açıqlamayıb, amma Zelenski olduğu təxmin edilir – red.) belə bir iyrənc insan olub. Onunla artıq hər şey aydındır. Lakin bu Paşinyan bir zamanlar mənə gecə zəng vurub xahiş edirdi ki, onu Putinlə barışdırım. Mən həmin vaxt ona kömək etdim. Vladimir Vladimiroviç (Putin) mənə demişdi ki, Aleksandr Qriqoryeviç, bir bilsəniz bu Paşinyan necə bezdirib. O bir az başqa cür demişdi, sadəcə indi sizə yumşaq formada deyirəm. O zaman xahiş etdim, onlar Moskvada görüşdülər. İndi mənə belə “təşəkkür edir”.

Qeyd edək ki, Paşinyan bundan öncə Belarusu İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana silah satmaqda ittiham edib. O, Lukaşenko prezident olduğu dönəmdə Belarusa səfər etməyəcəyini və bu fikrini yalnız Lukaşenko üzr istəyəcəyi halda dəyişəcəyini deyib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol