Kubaya gedən rus sualtısı Britaniya sahillərindən keçib

15:22 - 16 İyun 2024 - GÜNDƏM

 Kubaya gedən rus sualtısı Britaniya sahillərindən keçib

Rusiyanın Kubaya gedən nüvə sualtı qayığı yol boyu Böyük Britaniya sahillərindən keçib.

BUTA.TV xəbər verir ki, bu barədə Britaniyanın “Ekspress” nəşri məlumat yayıb.

Məlumata görə, Böyük Britaniyanın Baş naziri Rişi Sunak Şotlandiya sahillərində Rusiyanın nüvə sualtı qayığının göründüyü barədə məlumatlandırılıb.

Bildirilib ki, “Kazan” sualtı qayığı iyunun 5-də Britaniya sualtı qayığının hidrolokatorlarını dənizə endirməsindən sonra aşkarlanıb.

Bu xəbər hal-hazırda çox oxunur
SON DƏQİQƏ: Əhəd Abıyev saxlanılıb?

Nəşr yazır ki, Rusiya hərbi gəmiləri Fasleyndəki nüvə bazasının yaxınlığından keçib.

“Hərbi komandanlıq gəmilərin NATO cinahında zəif yerlər axtara biləcəyindən narahatdır”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, ötən həftə Rusiya donanmasına məxsus “Admiral Qorşkov” freqatı, “Kazan” atom sualtı qayığı, “Akademik Paşin” tankeri və “Nikolay Çiker” qoşqu gəmisi 12-17 iyun tarixlərində keçiriləcək təlimlərdə iştirak etmək məqsədilə Kuba sahillərinə yollanıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol