Rusiya Gürcüstanla vizanı ləğv edir? - Peskov

16:08 - 17 İyun 2024 - GÜNDƏM

 Rusiya Gürcüstanla vizanı ləğv edir? - Peskov

Rusiya Gürcüstan Sülh naminə Həmrəylik partiyasının Vladimir Putinə ölkələr arasında viza rejiminin ləğvi xahişi ilə müraciətini təhlil edəcək.

BUTA.TV xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Peskov viza rejiminin ləğvi ilə bağlı bu müraciəti görmədiyini qeyd edib:

“Amma belə olubsa, biz bunu görəcəyik və təbii ki, bizim aidiyyatı qurumlar bu müraciəti təhlil edəcəklər”.

Qeyd edək ki, daha əvvəl Sülh naminə Həmrəylik Partiyasının nümayəndələri Putinə müraciət edərək, Gürcüstan vətəndaşları üçün viza rejiminin tamamilə ləğvi, habelə viza rejimi tətbiq olunana qədər Rusiyada qalma qaydalarını pozmağa məcbur olan şəxslərə amnistiya elan edilməsi xahişi ilə müraciət etmişdilər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol