Avropa Birliyi Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı 2014-cü ilin iyununda tətbiq etdiyi sanksiyaları növbəti dəfə uzadıb.
BUTA.TV xəbər verir ki, bu barədə AB Şurasının bəyanatında deyilir.
“Bu gün Şura Krımın və Sevastopol şəhərinin Rusiya Federasiyası tərəfindən qanunsuz ilhaqına cavab olaraq AB-nin tətbiq etdiyi sanksiyaların 23 iyun 2025-ci ilə qədər uzadılması barədə qərar qəbul edib”, - sənəddə deyilir.
Xatırladaq ki, hazırda qüvvədə olan məhdudlaşdırıcı tədbirlər ilk dəfə 2014-cü ilin iyununda tətbiq edilib. Krımdan və ya Sevastopoldan AB-yə məhsulların idxalına, habelə bu ərazilərdən infrastruktur və ya maliyyə investisiyalarına, eyni zamanda turizm xidmətlərinə qadağalar daxildir.
Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
- Əli Əhmədovun həyat yoldaşı bu klinikanın direktoru oldu
- Bakıda bu ərazilərdə yol təmiri başa çatdı
- TRT-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin edildi
- Trabzon-Bakı reysi ləğv olundu
- 22 yaşlı Rəşad müharibədə həlak oldu
- Tuqay Hüseynov Azərbaycana ekstradasiya olundu
- Azərbaycan bu şəxsi Türkmənistana təhvil verdi
- Xaricdə təhsil adı ilə dələduzluq edib Monteneqroya qaçdı - Azərbaycana qaytarılır