Putinin Şimali Koreya və Vyetnama səfərinin tarixi...

17:40 - 17 İyun 2024 - GÜNDƏM

 Putinin Şimali Koreya və Vyetnama səfərinin tarixi...

Rusiya Prezidenti Vladimir Putin iyunun 18-19-da Koreya Xalq Demokratik Respublikasına, iyunun 19-20-də isə Vyetnam Sosialist Respublikasına səfər edəcək.

BUTA.TV xəbər verir ki, bunu Kremlin mətbuat xidməti yayıb.

Bildirilib ki, Rusiya prezidentinin KXDR-ə dövlət səfəri ölkə rəhbəri Kim Çen İnin dəvəti ilə baş tutacaq.

Hanoyda isə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Nquyen Phu Tronq, prezident To Lam, hökumətin baş naziri Fam Min Tin və Milli Assambleyanın sədri Tran Than Man ilə görüşlər keçiriləcək.

“Rusiya ilə Vyetnam arasında ticarət-iqtisadi, elmi, texnoloji və humanitar sahələrdə hərtərəfli strateji tərəfdaşlığın vəziyyəti və gələcək inkişaf perspektivlərinin müzakirəsi, həmçinin beynəlxalq və regional aktual məsələlər ətrafında fikir mübadiləsinin aparılması planlaşdırılır”, - bəyanatda deyilir.

Bundan əlavə, danışıqların yekunu üzrə birgə bəyanat qəbul olunacaq və bir sıra ikitərəfli sənədlər imzalanacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol