Kiber cinayətkarlıq distant formada təşkil olunur. Kiber məkanda naməlum şəxslərlə ünsiyyətdə "sıfır etibar” anlayışı, "danışdığın adamı tanı” prinsipi nə qədər ki, insanların həyat tərzinə çevrilməyib, talamalar davam edəcəkdir.
İyunun 18-də ayrı-ayrı vətəndaşların bank kartlarından 100, 490, 628, 2400, 1500, 536, 357, 90 manat şəxsi məlumatların naməlum şəxslərə verilməsi nəticəsində oğurlanıb.
BUTA.TV xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, dələduzluq yolu ilə daha bir neçə fakt üzrə - 29660, 6800, 4000, 1400, 1000, 811, 500, 320 manat talanaraq naməlum hesablara köçürülüb. Əlavə və yüksək gəlirli, qazanclı faiz, investisiya adı altında 29660, alış-veriş saytında saxta elan vasitəsilə 6800, "nəvəniz Moskva şəhərində problemin içindədir, onu xilas etmək üçün sizə zəng edilməsini və sizdən pul götürməyimizi dedi, təcili pul lazımdır”, deməklə 4000 manat pul vəsitlərini dələduzluq yolu talayıblar.
Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
Bütün müdaxilələr - zənglər, danışıqlar, yazışmalar xaric nömrələr vasitəsilə aparılıb.
- Azərbaycan bu şəxsi Türkmənistana təhvil verdi
- Xaricdə təhsil adı ilə dələduzluq edib Monteneqroya qaçdı - Azərbaycana qaytarılır
- Bu ödənişlər nağdsız olacaq
- Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirildi
- Baş bankir ona vəzifə verdi
- İdman zalından 5 min manatlıq saat oğurlandı
- Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
- Baş nazir qərar imzaladı