19 iyun Ağstafadan Bakıya saat 17.30-da yola düşən 705 nömrəli sərnişin qatarı Dəllər və Goran stansiyaları istiqamətində hərəkətdə olarkən elektrik enerjisinin verilməsində yaranmış texniki nasazlıq səbəbindən 2 saatdan çox yolda qalıb.
ADY-nın mətbuat xidmətindən BUTA.TV-a verilən mlumata görə bu səbəbdən sərnişinlərin Bakıya çatdırılması üçün Hacıqabul stansiyasından Bakı istiqamətinə ödənişsiz avtobuslar ayrılıb.
Eyni zamanda sərnişinlərin mənzil başına rahat və təhlükəsiz çatdırılması üçün 20 Yanvar dairəsi, Zığ və Bayıl istiqamətlərinə ödənişsiz avtobuslar, o cümlədən Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt marşrutları üzrə əlavə qatar reysləri təyin edilib.
ADY yaranmış problemə görə sərnişinlərindən üzr istəyir, bu kimi halların gələcəkdə təkrarlanmaması üçün kompleks tədbirlər üzərində işləyir.
Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
- Baş bankir ona vəzifə verdi
- İdman zalından 5 min manatlıq saat oğurlandı
- Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
- Baş nazir qərar imzaladı
- “Azəridad”da tüklü toyuqlardan kolbasa hazırlayırmışlar - Fotolar
- Musa Şəkiliyevin həbs müddəti uzadıldı
- Qalmaqallı videoçarx silindi
- İran nüvə bombası hazırlamalıdır - Ərdastani