18 iyunda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan telefon danışığı rusiyalı ekspertlərin “isti reaksiyası”na səbəb olub. Əsas diqqət isə bu danışığın məhz Ermənistan müdafiə naziri Suren Papikyanın Fransada səfərdə olduğu, fransalı həmkarı Sebastyan Lekornu ilə “Sezar”ların tədarükü ilə bağlı saziş imzalamasından bir necə saat sonra baş tutmasına yönəlib.
BUTA.TV xəbər verir ki, rusiyalı politoloq Stanislav Tarasov yerli mediaya açıqlamasında bu telefon danışığına ABŞ Dövlət katibinin birinci müavini Riçard Vermanın İrəvana səfəri (Verma 17-19 iyunda İrəvanda səfərdə olub - red.) kontekstində yanaşmaq lazım gəldiyini bildirib.
“Ərdoğanın Paşinyanı iyulun 16-da, Vardavar və ya Məsihin dəyişdirilməsi günündə Türkiyəyə səfərə dəvət etməsi son dərəcə vacibdir. Ərdoğanın qarşıdan gələn Vardavar münasibəti ilə Paşinyanı təbrik etməsi məlum idi, amma Paşinyanı bu bayramda Türkiyəyə dəvət etməsinin özü çox maraqlı nüansdır”, - Tarasov bildirib.
Ermənipərəst Tarasov Paşinyanı Ərdoğanın “harada qəbul edə biləcəyi” məsələsinə də toxunub və bildirib ki, bu yer Ankara, İstanbul olacaq, yoxsa “tarixi qərbi Ermənistan” - Şərqi Anadolu?
Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
Bu “yanaşma”nın Ermənistanla Türkiyə arasında mümkün razılaşmalara qarşı təbliğat diversiyası olduğu aydındır və görünür, rus politoloqlar panika içində prosesə mane olmağa çalışır.
Paşinyanın mümkün səfəri Rusiya təsirində olan erməni revanşistləri də narahat edib. Onların fikrincə, səfər reallaşarsa, bu, Ermənistanın Rusiyadan qopmaq üçün Türkiyə himayəsini qəbul etməsi anlamına gələcək.
Maraqlıdır ki, rusiyalı politoloq Fyodor Lukyanov da Ermənistan üçün yeganə avropayönlü seçimin Türkiyə olduğunu etiraf edib. Onun fikrincə, Avropa Birliyinə qonşu olmayan heç bir ölkə bu quruma inteqrasiya ola bilməz. Ermənistan üçün ən münasib yol isə Türkiyədir.
“Əgər bir neçə il əvvəl olsaydı, mən Türkiyə ilə əlaqələrin istənilən perspektivini istisna edərdim. Amma indi vəziyyət dəyişib, tamamilə ağlasığmaz olan şey reallığa çevrilib. Mən istisna etmirəm ki, avrointeqrasiya Türkiyə ilə münasibətlərin bərpası anlamına gələcək”, - o vurğulayıb.
- İran nüvə bombası hazırlamalıdır - Ərdastani
- Nazirlik növbəti dəfə qalib oldu
- Ağdərədə avtomobil aşdı: ər-arvad öldü
- Zeynəbin axtarışları hələ də davam edir - Video
- Sabah Bakıda güclü külək əsəcək - Xəbərdarlıq
- Abşeronda mühüm tədbir keçirildi - Foto
- 1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video
- Azərbaycanda daha iki dövlət qurumu ləğv edilir