Berbok Yaxın Şərqə gəlir

19:50 - 21 İyun 2024 - GÜNDƏM

 Berbok Yaxın Şərqə gəlir

Almaniya xarici işlər naziri Annalena Berbok Yaxın Şərqə səfər edəcək.

BUTA.TV xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Berbok Avropa Birliyi xarici işlər nazirlərinin Lüksemburqda keçiriləcək görüşündən sonra 24 iyunda İsrailə gedəcək. O, Qüdsdə israilli həmkarı İsrail Katzla görüşəcək.

Bundan əlavə, Berbok 25 iyunda da Fələstin Baş naziri Məhəmməd Mustafa ilə danışıqlar aparacaq. Berbokun Yaxın Şərq turnesi Livanda başa çatacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol