Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
BUTA.TV xəbər verir ki, bunu Milli Hidrometeorologiya xidmətinin rəsmisi Asif Verdiyev bildirib.
Qeyd olunub ki, Yevlax, Qobustan, Qrız, Şahdağ, Şamaxı, Altıağac, Quba, Qusar, Şabran, Xaltan, Gədəbəy, Xınalıqda arabir leysan xarakterli intensiv yağış yağır, şimşək çaxır.
Bildirilib ki, Quba rayonu ərazisindən axan Vəlvələçay, Caqacuqçay, Ağçay və Cimiçaydan sel keçib. Hazırda Şabran rayonu ərazisindən axan Gilgilçaydan sel keçir.
A.Verdiyev qeyri-sabit hava şəraiti və sellə bağlı vətəndaşlara müraciət edib:
“Çayların sahilindən uzaqda, təhlükəsiz yerlərdə durmağı, sel hadisəsi zamanı çayların yaxınlığında dayanıb prosesi izləməməyi tövsiyə edirik. Nəzərə almaq lazımdır ki, bu, çox təhlükəlidir. Axının istiqamətinin hər an dəyişə biləcəyi heç kimə məlum deyil. Sel hadisəsi başlayan kimi dərhal həmin ərazi tərk edilməlidir”.
- Ərdoğan Azərbaycana gəlir
- Bayrağımız yandırıldı: XİN-dən İrəvan və Parisə sərt reaksiya...
- Rubio “soyqırımsız” statusu ilə İrəvana mesaj verdi
- Narışkin Bakıda bu ölkənin kəşfiyyatçısı ilə görüşüb
- Çin nəhənglərinin Bakıya yolu açıldı: Nələr olacaq?
- AB-nin “Ermənistan röyası”na qarşı Bakının çin gedişi
- 9 ildən sonra AB rəsmisinin Bakıya səfəri… - Bayramov
- İranda şok: Azərbaycan bayrağının satışı qadağan edildi