Pakistan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulmağa hazırdır.
BUTA.TV xəbər verir ki, bunu Xantı-Mansiyskdə keçirilən beynəlxalq İT forumunda çıxış edən Pakistanın Rusiyadakı səfiri Məhəmməd Xalid Camali deyib.
“Pakistan prinsipcə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulmağa razıdır və müvafiq prosedura başlayıb. Biz bu istiqamətdə irəliləyirik", - səfir əlavə edib.
Diplomat Pakistanın Böyük İpək Yolu marşrutunu canlandırmaq niyyətindən də danışıb:
“Biz tarixi İpək Yolunu canlandırmağa çalışırıq. Pakistanın sitrus meyvələrinin ilk partiyası İran və Azərbaycandan Dağıstana çatdırılıb. Bu yeni marşrut artıq 1 milyard dollara çatan ticarət həcmini artırmaq üçün imkanlar açır”.
Qeyd edək ki, “Şimal-Cənub” dəhlizi Süveyş kanalına alternativ kimi nəzərdən keçirilir. Dəhlizin ən mühüm quru hissəsi Rusiya, Azərbaycan və İrandan keçir. Hazırda dəhlizboyu daşımaların əsas hissəsi yük maşınlarından istifadə etməklə həyata keçirilir.
- Yaxın Şərqdəki nüvə təhlükəsi... – Zaxarova
- 29 İtaliya vətəndaşı İrandan Azərbaycana keçdi
- İran məğlub olsa, Azərbaycan... - Mixaylov
- Azərbaycanın İsraildən xahişi – Bu da nəticə...
- İrandan şok: Nüvə silahı ilə hədələdi... – Video
- Bakıda tikntinin istinad divarı çökdü- Sakinlər təhlükədə
- Mahmud Əhmədinejat Tehranda güllələndi
- Təbrizi vuran PUA-ların Naxçıvandan “qalxması”… - Sübhani