Makronun bir seçimi qalıb - Le Pen

23:44 - 21 İyun 2024 - GÜNDƏM

 Makronun bir seçimi qalıb - Le Pen

Prezident partiyası “İntibah” populyarlığının azalması fonunda Fransada siyasi böhranın həlli ölkə prezidenti Emmanuel Makronun istefasını tələb edə bilər.

BUTA.TV xəbər verir ki, bu sözləri Fransanın “Milli Birlik” Partiyasının parlament fraksiyasının sədri Marin Le Pen deyib.

“Mən Makronu istefaya çağırmıram - bizim hakimiyyət institutlarına hörmətlə yanaşıram. Amma siyasi blokada, böhran olduqda üç variant var: kadr dəyişikliyi, ləğv və ya istefa... Bu şəraitdə kadr dəyişikliyi mənə görə faydalı deyil. Parlamentin buraxılması gələn ildir. Ona görə də siyasi böhrandan çıxmaq imkanı qazanmaq üçün prezidentin istefası seçimi qalır”, - deyə o bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol