ABŞ öz silahından Ukraynaya Rusiya ərazisinə zərbələr endirməyə icazə verməzdən əvvəl 90 mindən çox rus əsgəri sərhəddə yeni hücuma hazırlaşırdı.
BUTA.TV xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.
“Mayın sonundan etibarən Ukrayna Xarkov vilayətində sərhəddən 20 kilometr aralıda rus qoşunlarına və hava hücumundan müdafiə sistemlərinə hücum etmək imkanına malikdir. Ukrayna briqadaları HİMARS raket sistemlərinin icazə alındıqdan bir neçə saat sonra buraxıldığını bildiriblər. Ukrayna müdafiə nazirinin birinci müavini İvan Qavrilyuk deyirdi ki, Rusiya ərazisinin dərinliklərində ən azı 90 min rus əsgəri yeni hücuma hazırlaşırdı”, - məlumatda qeyd olunub.
“Hefest” kod adlı ukraynalı döyüşçülərdən biri agentliyə açıqlamasında deyib ki, icazə verilən gün HİMARS-lar bütün günü dayanmayıb:
“Ukrayna qüvvələri Ukraynaya soxulmaq üçün əmr gözləyən hərbi kolonları məhv etməyə müvəffəq oldular”.
- Ağdamda məktəb Slovakiya Milli Qəhrəmanının adını daşıyacaq
- Media və Yayım Şurası yaradılır - Son oxunuş
- MM-in növbədənkənar sessiyasının son iclası başladı
- İlham Əliyev Makronu təbrik etdi
- Prezidentlər geniş tərkibdə görüşdü - Fotolar
- Lisey və gimnaziyalara müraciət müddəti uzadıldı
- Bakı-Şamaxı yolunun bir hissəsi çökdü - Video
- İlham Əliyev həmkarını Şuşada qarşıladı - Fotolar