Kiyevin Sevastopolu atəşə tutmaq üçün Müqəddəs Troitsa bayramı gününü seçməsi təsadüfi deyil, bu, ritual cinayətdir.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
“Mən tam əminəm ki, bu cür hücumlar adi hala çevrilsə də, bu zərbənin tarixi təsadüfi seçilməyib. Biz Kiyev rejiminin mahiyyətində nə olduğunu çox gözəl başa düşürük - bu, Rusiya ilə, rus mədəniyyəti ilə bağlı hər şeyə dərin nifrətdir - və təbii ki, pravoslavlıq və ümumiyyətlə xristianlıq...”, - Zaxarova bildirib.
Qeyd edək ki, bu gün Ukrayna ordusu Sevastopola raket zərbələri endirib. Zərbələr nəticəsində 3 nəfər ölüb, 100-ə yaxın isə yaralanıb.
- TuranBank beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
- Ağdamda məktəb Slovakiya Milli Qəhrəmanının adını daşıyacaq
- Media və Yayım Şurası yaradılır - Son oxunuş
- MM-in növbədənkənar sessiyasının son iclası başladı
- İlham Əliyev Makronu təbrik etdi
- Prezidentlər geniş tərkibdə görüşdü - Fotolar
- Lisey və gimnaziyalara müraciət müddəti uzadıldı
- Bakı-Şamaxı yolunun bir hissəsi çökdü - Video