Dağıstanın Dərbənd və Mahaçqala şəhərlərində baş verən terror aktları ilə bağlı cinayət işi açılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.
Komitə bildirib ki, terror aktlarında iştirak edən şəxslərin müəyyən edilməsi üçün hadisə yerində müstəntiqlər və kriminoloqlar işləyir.
Bundan başqa Dağıstanın Dərbənd şəhərində bütün kütləvi tədbirlər ləğv edilib.
Dağıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb ki, atəş açan iki silahlı məhv edilib.
Qeyd edək ki, bu gün axşam saatlarında Dərbənd və Mahaçqala şəhərlərində iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna silahlı basqın edilib. Terror aktları nəticəsində, ilkin məlumatlara görə, Rus Pravoslav Kilsəsinin keşişi, mühafizəçi və polis əməkdaşları həlak olub.
- Hizbullahın hərbi qanadının daha bir üzvü öldürüldü
- ABŞ Livandakı diplomatlarını təxliyə etdi
- İlham Əliyevin Paşinyanla görüşü ola bilər - Lavrov
- Trampın sözləri Borrelli qəzəbləndirdi: Ukrayna üçün hər şeyi...
- Xarkova PUA hücumu: Ali Məhkəmənin hakimi öldü
- Hərbi əməliyyatlar dərhal dayandırılmalıdır - BMT
- Fidan: Blinkenlə Bakı-İrəvan sülhündən danışdım
- Ostin İsrailin hücumuna görə onunla iki dəfə danışdı