Qətlə yetirilən polislərimiz bu gün dəfn olunacaq.
Bu barədə BUTA.TV-a Daxil İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Mirəli Heydərov Kürdəmir rayonu Cəyli kəndində, Mahir Ağayev Binə qəbiristanlığında, Eldəniz Məmmədov isə Bakıxanov qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, iyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Rövşən Allahverdiyev polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib və “Lancaster” markalı ov silahından atəş açaraq, 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib.
Qətlə yetirilən polis əməkdaşları serjantlar Mahir Ağayev və Mirəli Heydərov və kapitan Eldəniz Məmmədovdur.
- Bakı-Şamaxı yolunun bir hissəsi çökdü - Video
- İlham Əliyev həmkarını Şuşada qarşıladı - Fotolar
- “Bizi “sıfır nöqtəsinə” geri sürükləməyə çalışırlar”
- 11 yaşlı oğlan çayda boğulub öldü
- “Hamı onun dəhşətli qumarbaz olduğunu bilirdi, gəlin, onu lənətləyək”
- Müharibə nə vaxt bitəcək? - Trampdan cavab
- Həmin epizoda görə ölümlə təhdid edilir - Fotolar
- İrana qarşı yeni hücum dalğası başa çatdı - Yenilənib