Krımda və Dağıstanda törədilən terror aktları nəticəsində yaralananların hamısına yardım göstərilir və bu barədə dövlət başçısı Vladimir Putin məlumat alır.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Prezident Kremldədir, Krıma hücum zamanı yaralananlara, Dağıstanda yaralanan və qohumlarını itirənlərə necə yardım göstərildiyi barədə məlumat alır. Prezident dərin hüznlə başsağlığı verir. Krımda qohumlarını itirənlərin hamısına, Dağıstanda həlak olanların qohumlarına və yaxınlarına yardım edilir”, - o bildirib.
Peskov onu da əlavə edib ki, bu gün Rusiya prezidentinin bir sıra görüşləri, eləcə də bir sıra beynəlxalq telefon danışıqları olacaq.
Qeyd edək ki, Putin Dağıstandakı terakta hələ heç bir reaksiya verməyib.
- İlham Əliyev həmkarını Şuşada qarşıladı
- “Bizi “sıfır nöqtəsinə” geri sürükləməyə çalışırlar”
- 11 yaşlı oğlan çayda boğulub öldü
- “Hamı onun dəhşətli qumarbaz olduğunu bilirdi, gəlin, onu lənətləyək”
- Müharibə nə vaxt bitəcək? - Trampdan cavab
- Həmin epizoda görə ölümlə təhdid edilir - Fotolar
- İrana qarşı yeni hücum dalğası başa çatdı - Yenilənib
- Bakı-Şamaxı yolu çökdü - Video