Rusiya Putinin səfəri haqda Türkiyəni məlumatlandırdı

22:22 - 24 İyun 2024 - GÜNDƏM

 Rusiya Putinin səfəri haqda Türkiyəni məlumatlandırdı

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko türkiyəli həmkarı Burhanəddin Durana Prezident Vladimir Putinin KXDR və Vyetnama səfərinin nəticələri barədə məlumat verib.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Görüş Asiya Əməkdaşlıq Dialoqunda iştirak edən ölkələrin xarici işlər nazirlərinin görüşü çərçivəsində baş tutub.

“Türkiyə tərəfinin xahişi ilə biz tərəfdaşlarımızı Rusiya Prezidenti Putinin KXDR və Vyetnama səfərinin əsas nəticələri, habelə Avrasiya təhlükəsizliyi sahəsində irəli sürülən təşəbbüsün məzmunu barədə məlumatlandırdıq”, - məlumatda bildirilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol