Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Azərbaycanda rəsmi səfərdə olan İtaliya müdafiə naziri Quido Krosetto arasında görüş keçirilib, İtaliya müdafiə naziri "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə dəvət edilib.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Z.Həsənov iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlığa söykəndiyini xüsusi vurğulayıb. Azərbaycanın əlamətdar günü - Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 106-cı ildönümündə yanımızda olduğuna görə italiyalı həmkarına təşəkkürünü bildirib.
Müdafiə naziri cənab Q.Krosettonu sentyabr ayında Bakıda keçiriləcək "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə dəvət edib.
Azərbaycanda hər səfərindən məmnun qaldığını və səmimi münasibət gördüyünü qeyd edən İtaliya Respublikasının müdafiə naziri göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. İki ölkə arasında hərbi əməkdaşlığın inkişafında qarşılıqlı səfərlərin vacibliyini vurğulayıb.
Görüşdə Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə edilib, həmçinin hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, habelə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
- ABŞ İrana yenidən hücuma başladı
- Bakı-Şamaxı yolu çökdü - Video
- “Mənə verdiyi suala görə vəzifəsindən azad edilib” - Qusmanı misal çəkdi+Video
- Ukraynanın Baş naziri istefa verdi
- “Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz - Qərar
- “Atasına deyir ki, meyitini gətirin, əlimi sürtüm” - Gözdən əlil ananın fəryadı+Video
- TikTok Azərbaycanda 600 minə yaxın videonu sildi
- AQTA-dan bu məhsullarla bağlı çağırış