Azərbaycanlıya qarşı ilk addım: Haşimi geri çəkildi

10:26 - 27 İyun 2024 - GÜNDƏM

 Azərbaycanlıya qarşı ilk addım: Haşimi geri çəkildi

İran prezidentliyinə 6 namizəddən biri - mühafizəkar siyasi cərəyana mənsub Seyid Əmir Hüseyn Qazizadə Haşimi namizədliyini geri götürüb.

BUTA.TV xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

O, qələbə şansı yüksələn Məsud Pezeşkianın qarşısını almaq üçün mühafizəkarların müraciətindən sonra geri çəkilib.

“Qüvvələrin birliyini qorumaq, İnqilab Cəbhəsini gücləndirmək üçün İnqilabçı Qüvvələrin Konsensus Ali Şurasının və bəzi alimlərin yazılı müraciətinə cavab olaraq seçki yarışlarını davam etdirməkdən imtina edirəm”, - Qazizadə yaydığı bəyanatda bildirib.

Qazizadə Haşiminin namizədliyini geri götürməsi Xameneinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəliliyə dəstək məqsədi daşıyır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol