İyunun 21-də Dünya Bankının İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəzinin baş katibi “Walnort Finance Limited” şirkətinin Ermənistana qarşı arbitraj iddiasını qeydə alıb. Bu iddia 3 iyun 2024-cü ildə qaldırılıb və Paşinyanın ofisinə, Xarici İşlər və Maliyyə nazirliklərinə, eləcə də İrəvanın Beynəlxalq Hüquq Məsələləri üzrə nümayəndəliyinə verilib.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
“Walnort” şirkətinin məlumatına görə, onların arbitraj iddiası 16 oktyabr 2023-cü ildə Ermənistan hökumətinə təqdim edilib:
“Hökumət 1998-ci ildə Ermənistanla Kipr hökuməti arasında İnvestisiyaların təşviqi və mühafizəsi haqqında Saziş əsasında üzərinə götürdüyü öhdəliklərin ciddi şəkildə pozulması barədə məlumatlandırılıb. “Walnort”un Ermənistanın ən böyük mədən şirkəti olan Zəngəzur Mis-Molibden Kombinatına sərmayə qoyması kombinatda əhəmiyyətli pay əldə etməyə çalışan İrəvan hökumətinin siyasi motivli kampaniyası nəticəsində pozulub. Xüsusilə, hökumət “Walnort”un Zəngəzur Mis-Molibden Kombinatında qanuni səhmdar hüquqlarını həyata keçirməsinə mane olub və nəticədə şirktət ən azı 1,2 milyard dollar itki yaşayıb”.
SOCAR rəsmisi xaricdə otelə apardığı qadınla medianın gündəminə düşdü – FOTOLAR
- Rus kəşfiyyatının Bakıda gizli fəaliyyəti... - Şok detallar
- Simonyan çox irəli getdi: Azərbaycanla vahid bazar...
- İğtişaşların səbəbi: Nepal uğrunda Çin-ABŞ savaşı?
- Qriqoryan Azərbaycana gəldi
- İrəvandan Zəngəzur açıqlaması: Dağlar dağıdılır, yol çəkilir
- Manaf Ağayevin oğlu işdən çıxarıldı
- SOCAR rəsmisi xaricdə otelə apardığı qadınla medianın gündəminə düşdü – FOTOLAR
- Ərdoğan onu İrəvana göndərir: Nələr tələb olunacaq?