Əvvəllər bilik daha önəmli sayılırdısa, indiki dövrdə fərqli bacarıqlara daha çox üstünlük verilir.
BUTA.TV xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Baku ID" festivalı çərçivəsində keçirilən paneldə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, şagirdlərin koqnitiv bacarıqları kifayət qədər yaxşı olsa da, müşahidələr onların iş həyatına atılmaları üçün lazımi praktiki bacarıqları yetərli olmadığını göstərir:
"SABAH Akademiyasını yaradarkən istedadlı tələbələri ölkənin iqtisadi liderləri ilə bir araya gətirməyi hədəfləyirdik. Bu il rəqəmsal bacarıqların ilk məzunları olacaq və Azərbaycan təhsili üçün önəmli yenilikdir. "Rəqəmsal bacarıqlar" layihəsinin məzunları yaşıdlarından fərqli olaraq startap kimi mövzulara daha yaxşı hakim olaraq tələbə həyatına başlayacaqlar".
- Zəngəzur dəhlizi və BTQ bir-birini tamamlayacaq - Boyraz
- “Nar” “Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan etdi
- Pezeşkian Azərbaycanla bağlı göstəriş verdi - Sənayi
- Macarıstan prezidenti Əli Hüseynlini təltif etdi
- Azərbaycan və Ermənistan nümayəndələri İrəvanda görüşdü
- Yanacaqdoldurma obyektlərinə yeni tələb qoyuldu
- Qafarova Zəngəzur dəhlizi ifadəsini Simonyana izah etdi
- Ruslar vurdu: azərbaycanlıların evləri zərər gördü - Foto