Bu il ərzində yenidən salınmış Cəbrayıl şəhərinin mərkəzinə, eləcə də bu rayonun bir neçə kəndinə köç planlaşdırılır.
BUTA.TV xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Şuşada keçirilən “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, Zəngilan və Qubadlı rayonlarında da yeni yaşayış məskənlərinin inşası davam edir və həmin ərazilərə də köç nəzərdə tutulur:
"Hər bir yaşayış məskəninə sakinlər köçdükcə orada yeni sahibkarlıq imkanları yaranır. Buna misal olaraq yaxın gələcəkdə Cəbrayıl şəhərində yaşayış binalarının qeyri-yaşayış hissələrində müxtəlif istiqamətli biznes fəaliyyətlərin həyata keçirilməsi məqsədilə həm köç edəcək sakinlər, həm də sahibkarlar üçün şərait yaradılmış, onların fəaliyyət göstərməsi istiqamətində işlər aparılmaqdadır".
Şuşada Prezidentin iştirakı ilə Forum keçirildi - Video-Fotolar-Yenilənib
Onun sözlərinə görə, bütün işğaldan azad olunmuş ərazilərdə olduğu kimi, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında da Prezident İlham Əliyevin rəhbərliyi altında bir sıra yaşayış məntəqələrinin təməli qoyulmuş və tikinti-quruculuq işləri uğurla davam etdirilir:
"Hər biriniz işğaldan azad edilmiş ərazilərə hər gəlişinizdə sürətlə gedən bərpa-quruculuq işlərinin şahidi olursunuz.
Bildiyiniz kimi, “Böyük Qayıdış”ın ilk ünvanı sayılan Zəngilan rayonunun Ağalı kəndində artıq həyat var. Ağalı “Ağıllı kənd” prinsipləri əsasında qısa müddət ərzində inşa edilmiş və əhalinin yaşayışı üçün zəruri olan bütün infrastruktur orada yaradılmışdır. Bugünədək "Böyük Qayıdış”a dair I Dövlət Proqramı çərçivəsində Ağalıda 175 ailədən ibarət 871 nəfər sakin məskunlaşıb və firəvan şəkildə yaşayır".
- Bakı-Şamaxı yolu çökdü - Video
- “Mənə verdiyi suala görə vəzifəsindən azad edilib” - Qusmanı misal çəkdi+Video
- Ukraynanın Baş naziri istefa verdi
- “Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz - Qərar
- “Atasına deyir ki, meyitini gətirin, əlimi sürtüm” - Gözdən əlil ananın fəryadı+Video
- TikTok Azərbaycanda 600 minə yaxın videonu sildi
- AQTA-dan bu məhsullarla bağlı çağırış
- Yanan ərazilərdə minalar partlayır