Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən may-iyun ayları ərzində keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə bağlı 120 fakt müəyyən edilib.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qanunsuz dövriyyədən 6 kiloqram marixuana, 3 kiloqram heroin və 1 kiloqram psixotrop maddə metamfetamin çıxarılıb. Saxlanılanlar bir neçəsi narkotikləri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı araşdırmalar aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar fasiləsiz olaraq davam etdirilir.
- Bu xəbərlərə də göz at
- Fransada 218 iddiaçı deputatlığa namizədliyini geri götürdü
- Suraxanıda ağır qəza: sürücü xilas edildi - Video
- Güləşçimiz ermənini məğlub edib finala yüksəldi
- Dünya qlobal fəlakətin astanasındadır - Lukaşenko
- Bu ölkə Rusiyaya nota göndərdi
- Ukrayna Orbanın atəşkəs təklifini rədd etdi