Bəzi dağlıq və dağətəyi ərazilərdə qeyri-sabit hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, iyunun 29-u saat 16:00-a olan məlumata əsasən, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Zaqatala, Yardımlıda arabir yağış yağıb.
Sinoptiklərin tərəfindən öncədən verilən narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Goranboyda 23 m/s, Naftalanda 22 m/s təşkil edir.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-da 30, Aran rayonlarında 30, dağlıq rayonlarda 19 dərəcəyədək isti olub.
Bəzi dağlıq və dağətəyi ərazilərdə müşahidə olunan yağıntılı hava şəraitinin iyulun 1-i axşamadək davam edəcəyi, şərq küləyinin bəzi yerlərdə arabir güclənəcəyi gözlənilir.
- “Qadın Dəstək Xətti”nə zənglərin sayı iki dəfə artıb
- ADY-də "SİMA Pay"dan istifadə edənlərin sayı 9 mini ötdü
- Biznesmenin 4 milyonunu ödədilər - İkisi həbsdən azad edildi
- Hava xəbərdarlığı: leysan olacaq, dolu düşəcək
- Hərbçimiz vəfat etdi
- “Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın” - Prezidentdən Mirşahinə
- “Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini artırır
- Sabah Məhərrəm ayı bitir