Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün 1/8 final mərhələsinin daha iki matçı baş tutacaq.
BUTA.TV xəbər verir ki, əvvəlcə İngiltərə və Slovakiya komandaları üz-üzə gələcək.
İngiltərə millisi C qrupundan lider kimi növbəti mərhələyə yüksəlib. Slovakiya isə E qrupunda üçüncü olmaqla 1/8 finalda mübarizə aparmaq hüququ qazanıb. Helzenkirhendəki "Feltins Arena"da baş tutacaq matçın start fiti saat 20:00-da səsləndiriləcək. Oyunun baş hakimi türkiyəli referi Xəlil Ümid Melerdir.
Günün digər matçı Kölndə keçiriləcək. Fransız referi Fransua Leteksyenin idarə edəcəyi İspaniya və Gürcüstan milliləri “Reyn Enerqi” stadionunda münasibətlərə aydınlıq gətirəcək. İspaniya 1/8 finala B qrupunun birincisi kimi yüksəlib. Gürcüstan isə F qrupundan ən yaxşı üçüncü kimi növbəti mərhələyə adlayıb. Bu qarşılaşma saat 23:00-da başlayacaq.
- ""Elmlər"də tualetin qiyməti artıb, deyirlər benzinə görədir" - Kəramət Böyükçöl
- Sənədsiz evlərlə bağlı yenilik - VİDEO
- Putin atəşkəsdən imtina etdi: Kiyevə bu şansı verə bilmərik!
- Məşhur aktyor Bakıda fəhləlik edir - Video
- Son 40 il ərzində on minlərlə Türkiyə vətəndaşı... - Ərdoğan
- Türkiyə millisinin AÇ-dəki qazancı bəlli oldu
- Əliyev, Ərdoğan və Şərifin üçtərəfli görüşü ilə bağlı bəyanat