Fransada Milli Assambleyaya (parlamentin aşağı palatası) növbədənkənar seçkilər üçün səsvermə başlayıb.
BUTA.TV xəbər verir ki, 577 yer uğrunda mübarizəni mərkəzçi prezident koalisiyası, sağçı Milli Birlik və solçu Yeni Xalq Cəbhəsi aparır.
Birinci turda seçilmək üçün namizəd yaşadığı bölgədəki seçicilərin yarıdan çoxunun dəstəyini almalıdır. Birinci turda azı 12,5 % səs toplayan namizədlər iyulun 7-də keçiriləcək ikinci turda iştiraka buraxıla bilər.
Qeyd edək ki, növbədənkənar seçkiləri Fransa Prezidenti Emmanuel Makron iyunun 9-da prezident koalisiyasının Avropa Parlamentinə seçkilərdə ciddi məğlubiyyəti fonunda təyin edib.
- “Belə avtomobillə heç yerə getmərəm”
- Nə dincəlməyə, nə də bayram etməyə vaxtımız oldu...
- Bu ayranlarda jeleyəbənzər maddə niyə yaranır?
- “Diplom işimin mövzusu bu idi, 30 səhifəlik təhlil yazmışdım”
- Azad edilmiş ərazilərdə əməyin mühafizəsi üzrə tədbir...
- Sabah 39 dərəcə isti olacaq
- Xanım jurnalistin sözləri Prezidenti güldürdü - Video
- “SocGov 2026” beynəlxalq forumu çərçivəsində müsabiqə...