Ermənistan Türkiyənin bütün tələblərini yerinə yetirir.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bunu rusiyalı politoloq Nikolay Silayev deyib.
“Qarabağ məsələsində Ermənistan siyasətini yenidən nəzərdən keçirib. “Erməni soyqırımı”na gəlincə isə hazırda konstitusiya reformları müzakirə edilir və bundan sonra konstitusiyadan soyqırım xatırlatması silinəcək. Yəni Ermənistan Türkiyənin bütün tələblərini icra edir. Məncə Türkiyə Ermənistanla bu fonda diplomatik münasibətləri bərpa edib, sərhədləri aça bilər”, –o bildirib.
Silayev həmçinin Ermənistanın yaxın zamanlarda Avropa Birliyinə qəbul edilməyəcəyini deyib:
“Ermənistanın AB ilə ortaq sərhədi yoxdur və çətin ki yaxın gələcəkdə də peyda olacaq. Üstəlik, AB-yə üzvlük proseduru on illərlə davam edə bilər”.
- Sabah Məhərrəm ayı bitir
- Rafael Ağayevə ağır itki
- Azərbaycanda dövlət qurumu ləğv edildi
- Prezident jurnalisti görüb avtomobildən düşdü - Video
- Bakıda mağazadan terminal oğurlandı - Anbaan video
- “Azəriqaz” Samuxda payız-qış mövsümünə hazırlığı davam etdirir
- “Belə avtomobillə heç yerə getmərəm”
- Nə dincəlməyə, nə də bayram etməyə vaxtımız oldu...