Xəbər verdiyimiz kimi, sabahdan Aİ-95 yanacağının kəskin ucuzlaşacağı gözlənilir.
BUTA.TV xəbər verir ki, bir müddət öncə Aİ-92 və dizel yanacağının isə qiymətinin isə artacağı haqda məlumat yayılmışdı.
Məsələni şərh edən millət vəkili Vahid Əhmədov isə bildirmişdi ki, Aİ-92 benzininin nisbətən balahaşması qarşılığında Aİ-95 benzininin ucuzlaşması mümkündür. Çünki Aİ-95 benzininin istehsalına artıq ölkəmizdə də başlanılıb.
V.Əhmədov qeyd etmişdi ki, xüsusilə Bakıda havanın çirklənməsində avtomobillərin rolu 70-80 faiz təşkil edir. Aİ-92 benzininin bahalaşması, ekoloji baxımdan daha az zərərli olan Aİ-95 benzinin isə ucuzlaşması nəticə etibarilə bu yanacaqlar arasında qiymət fərqini azaltmağa, sürücüləri daha keyfiyyətli benzindən istifadə etməyə təşviq məqsədi daşıyır.
Hazırda Aİ-92 1 manata, Aİ-95 isə 2 manatadır və aradakı ikiqat fərq bir çox sürücünü ucuz və keyfiyyətsiz benzindən istifadə etməyə məcbur edir.
Paralel olaraq qiymət artımının elektromobillərə keçidi də stimullaşdıracağı gözlənilir.
Bu baxımdan sabahdan Aİ-95 benzininin kəskin ucuzlaşacağı halda Aİ-92 benzininin isə bahalaşmasının 1 iyuldan tətbiqi mümkündür.
- “Azəriqaz” Samuxda payız-qış mövsümünə hazırlığı davam etdirir
- “Belə avtomobillə heç yerə getmərəm”
- Nə dincəlməyə, nə də bayram etməyə vaxtımız oldu...
- Bu ayranlarda jeleyəbənzər maddə niyə yaranır?
- “Diplom işimin mövzusu bu idi, 30 səhifəlik təhlil yazmışdım”
- Azad edilmiş ərazilərdə əməyin mühafizəsi üzrə tədbir...
- Sabah 39 dərəcə isti olacaq
- Xanım jurnalistin sözləri Prezidenti güldürdü - Video