Smart dayanacaqlarda işləməyən kondisionerlər... - Foto

14:08 - 1 İyul 2024 - GÜNDƏM

 Smart dayanacaqlarda işləməyən kondisionerlər... - Foto

Bakının bir çox ərazisində yayda istidən, qışda soyuqdan qorunmaq, eyni zamanda digər konfort yaradan xidmətlərin olduğu smart dayanacaqlarda kondisionerlər yerləşdirilsə də, hazırda çalışmır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən BUTA.TV-ın sorğusuna cavab olaraq bildirilib ki, yaxın günlərdə bu problem aradan qalxacaq.

“Smart tipli avtobus dayanacaq pavilyonu yeni qoyulub və texniki quraşdırma işləri tam yekunlaşmayıb. İşlər yaxın günlərdə tam yekunlaşdıqdan sonra pavilyondan sərnişinlər rahat şəkildə istifadə edə biləcəklər”, - deyə qeyd edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol