Azərbaycan tanınmış müğənnisi Damlanın Ərdəbil və Tehran şəhərlərinə səfəri İran sosial media platformalarında mübahisələrə səbəb olub.
Kult.az xəbər verir ki, paylaşımlarda Damlanın Ərdəbildəki şadlıq zallarından birində məcburi hicab qaydalarına riayət etmədən mahnı ifa etdiyi əks olunub.
Belə ki, Damla hicabsız şəkildə zaldan küçəyə çıxır və qapı qarşısında Güney azərbaycanlılar ona “xoş gəldin” deyir, gül dəstələri verirlər.
Zalda Damla ilə yanaşı, bir çox ərdəbilli xanımların da hicabsız olmasına baxmayaraq, İran sosial media kanalları ancaq azərbaycanlı müğənnini hədəf alıb, onun hicabsızlığını İran qanunlarına hörmətsizlik kimi qələmə veriblər.
Gəncədə yasda kütləvi zəhərlənmə - 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi
Paylaşımlarda Damlanın İran səfəri tənqid edilməklə yanaşı, bu kimi səfərlər İran mədəniyyətinə təhlükə olaraq dəyərləndirilib.
“İran azərbaycanlısı olan sənətçilər Azərbaycan Respublikasına, eləcə də Türkiyəyə təsir etməlidirlər. Ancaq əksinə, azərbaycanlılar İrana təsir göstərirlər və biz yatmışıq”.
- Sabiq rəis məhkəmə zalında həbs edildi
- Bu məlumatları heç kimlə paylaşmayın! - DİN
- Eks-idarə rəisi ilk iclasda həbs edildi
- Onlar vizadan qarşılıqlı azad edəcək
- Başçı müavini vəzifəsindən azad edildi - Sərəncam
- “Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm”
- İsmayıllıda 5 yaşlı uşaq hovuzda boğuldu
- Milli Məclisin iclası başladı