Suriyada türklərə qarşı şiddət: Ordu göndərildi - Video

21:58 - 1 İyul 2024 - GÜNDƏM

 Suriyada türklərə qarşı şiddət: Ordu göndərildi - Video

Suriyada qızmış kütlə türk əsgərlərə qarşı zorakılıq nümayiş etdirib.

BUTA.TV xəbər verir ki, bununla bağlı Teleqram kanallarında görüntü paylaşılıb.

Belə ki, bir qrup nümayişçinin Türkiyənin Ağrının Cindərə bölgəsindəki hərbi bazasını mühasirəyə aldığı, bir sıra yerlərdə isə atışmaların olduğu bildirilir. Digər tərəfdən Əsədə bağlı qüvvələrin də fəallaşdığı haqqında məlumatlar var.

Həmçinin sərhəd-keçid məntəqəsində Türkiyəyə keçmək istəyən türklərə qarşı vəhşi hərəkətlər edilib.

Bu xəbər hal-hazırda çox oxunur
FTX Azərbaycan vətəndaşını saxladı

Türkiyəni dəstəkləməyə gələn kütlənin isə yolda qarşısının kəsildiyi qeyd olunub. Orduya dəstək məqsədilə Suriyaya əlavə qüvvələr cəlb edilib.

Xatırladaq ki, hazırda Türkiyədə milyonlarla suriyalı qaçqın var və indiyədək onların şəraitinin yaxşılaşdırılması üçün on milyardlarla dollar xərc çəkilib.

Əvəzində isə Kayseridə suriyalı miqrant 6 yaşlı uşağa təcavüz edib. Buna cavab olaraq Kayseridə əhali ayağa qalxıb, qabaqlarına çıxan suriyalıların döyüb, onların ölkədən rədd olmasını tələb edirlər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol