Bu ilin yanvar-aprel aylarında Azərbaycan 92,96 milyon ABŞ dolları dəyərində 67 min 346 ton pambıq mahlıcı ixrac edib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 51 %, kəmiyyət olaraq – 64 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyəyə 89,76 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstərici ilə müqayisədə 56 % çox) 64 min 855 ton (+67 %), İrana 3 milyon ABŞ dolları dəyərində (+2,2 dəfə) 2 min 364 ton (+2,6 dəfə) və Rusiyaya 174 milyon ABŞ dolları dəyərində (+5 dəfə) 126 ton (+6 dəfə) məhsul satıb.
2025-ci ildə Azərbaycandan ixrac edilmiş 109 min 295 ton pambıq mahlıcının 95,4 %-i Türkiyənin payına düşüb.
- “İran istədi, biz razılaşdıq” - Tramp
- Azərbaycan bu ölkələrə pambıq tədarükünü kəskin artırdı
- Bu şəxslər 2500 manat cərimə ediləcək
- Bakıda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
- İntensiv yağış yağacaq - Xəbərdarlıq
- “Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
- Partlayışda ölən yeniyetmənin valideynləri də öldü
- ADY 6 ayda 484 min tona yaxın kükürd və əlaqəli mallar daşıyıb