Dünya Bankı Rusiyanı yüksək gəlirli ölkə kimi yenidən təsnif edib.
BUTA.TV xəbər verir ki, bu barədə Dünya Bankının dərc etdiyi hesabatda bildirilib.
Bu kateqoriyaya adambaşına düşən ümumi milli gəliri ildə 14,005 min dollardan yuxarı olan ölkələr daxildir.
“Rusiyadakı iqtisadi fəallığa 2023-cü ildə hərbi sənaye ilə bağlı aktivliyin əhəmiyyətli dərəcədə artması səbəb olub və artıma həm də ticarətin (+6,8%), maliyyə sektorunun (+8,7%) və tikintinin (+6,6%) bərpası səbəb olub. Bu amillər həm real (3,6%), həm də nominal (10,9%) ÜDM-in artmasına səbəb olub, Rusiyanın adambaşına düşən ümumi milli gəliri isə 11,2% artıb”, - hesabatda qeyd olunur.
Gəncədə yasda kütləvi zəhərlənmə - 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi
Bolqarıstan və Palau da yüksək gəlir kateqoriyasına keçib. Əlcəzair, İran, Monqolustan və Ukrayna aşağı-orta gəlirli ölkələrdən yuxarı-orta gəlirli ölkələrə keçib. İordan çayının qərb sahili və Qəzza zolağı Yaxın Şərqdəki münaqişənin təsiri ilə aşağı orta gəlir kateqoriyasına (əvvəllər yuxarı orta gəlir) keçib.
- Milli Məclisin iclası başladı
- Bakıda qadın dənizdə boğuldu
- TƏBİB və “Azerconnect Group” arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- Pensiya alanlara müjdə: ödəniş arta bilər - Vacib detal
- Aqrar sahə neft-qazdan sonra iqtisadiyyatın əsas dayağı olmalıdır
- Zeynəb tarixə düşdü - Son 20 ilin ən yüksək nəticəsi
- Ermənistana 7 vaqon buğda göndəriləcək
- AZAL "Great Place to Work" sertifikatı ilə təltif olundu