Yeni qiyamət ssenarisi: göbələklər insanlığın sonunu gətirəcək

02:06 - 2 İyul 2024 - GÜNDƏM

 Yeni qiyamət ssenarisi: göbələklər insanlığın sonunu gətirəcək

Tədqiqatlara görə, dünyada artan temperatur göbələklərin mutasiyaya uğrayaraq dərmana davamlı olmasına səbəb olur. Xüsusilə son illərdə temperaturun sürətlə artmasını nəzərə alan ekspertlər bunun qiyamət ssenarisi ola biləcəyini deyirlər.

BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, Çinin Nankin Tibb Universitetinin tədqiqatçıları dünyada artan temperaturun göbələklərin təkamülünə necə təsir etdiyini araşdırıblar.

Tədqiqatçılar aşkar ediblər ki, yüksək temperatur göbələklərin genetik strukturunda dəyişikliklərə səbəb olur ki, bu da onların həm yoluxuculuğunu artırır, həm də dərmanlara davamlı edir.

Mütəxəssislər insanlarda göbələk infeksiyalarının tez-tez baş verdiyini və ciddi sağlamlıq problemlərinə səbəb olduğunu nəzərə alaraq bunun xüsusilə narahatedici olduğunu bildirirlər.

Bu xəbər hal-hazırda çox oxunur
Manaf Ağayev bu dairədən deputat olacaq

Çindəki xəstəxanalarda apardıqları araşdırmada tədqiqatçılar əvvəllər məlum olmayan göbələk növlərinin meydana gəldiyini və bəzilərinin xüsusilə göbələk xəstəliklərində istifadə edilən antifungal dərmanlara qarşı müqavimət göstərdiyini müəyyən ediblər.

Bu növlərin aqressiv inkişaf etdiyi və 37 dərəcəyə, yəni insan bədən istiliyinə məruz qaldıqda belə immunitet sisteminə davamlı olduğu müşahidə edilib.

Nəticə etibarı ilə alimlər vurğulayırlar ki, qlobal temperatur artdıqca bu cür göbələklərin daha çox yayılması və təhlükəli hal alması riski arta bilər. Buna görə də yeni antifungal dərmanların hazırlanması və mövcud müalicə variantlarının təkmilləşdirilməsi təcili ehtiyac kimi önə çıxır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol