Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında yoxlama həyata keçirib.
Yoxlama zamanı Filarmoniyanın bir neçə vəzifəli şəxsinin izahatının alındığı, habelə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlzadənin saxlanıldığı bildirilir.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Akademik Filarmoniyasının mətbuat xidmətinin əməkdaşı Cəmilə Abdinzadə Teleqraf.com-a açıqlamasında yayılan məlumatların əsassız və Murad Adıgözəlzadənin iş başında olduğunu deyib: "Murad Adıgözəlzadənin saxlanılması haqqında yayılan xəbərlər səhvdir. Hamı da normal qaydada iş başındadır".
Qeyd edək ki, Murad Adıgözəlzadə "Avroviziya 2009" Beynəlxalq Mahnı Müsabiqəsində ölkəmizi təmsil edən Aysel Teymurzadə ilə evlidir.
Niderlandlı qadına Şəkidə itlər hücum etdi - Belə xilas olundu+Video
- Suriyada tayfalar arasında silahlı qarşıdurma: ölənlər var
- Şimali Kiprdə gəminin batması ilə bağlı 8 nəfər saxlanıldı
- Türkiyədə sahilə pilotsuz kater çıxdı
- Onların nefti ilə strateji ehtiyatımızı artıracağıq - Tramp
- Həmin bərədə Azərbaycan vətəndaşları da olub
- Nyu-Cersidə atışma: 2 ölü, 9 yaralı
- Bakıda leysan olacaq, rayonlara dolu düşəcək
- Gəmi qəzası: Ərdoğan türk xalqına başsağlığı verdi